Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şevçoviç: "Xəzər qazının 2019-cu ildən Avropaya nəql olunmasını istəyirik"

Şevçoviç: "Xəzər qazının 2019-cu ildən Avropaya nəql olunmasını istəyirik"

TAP-ın Albaniya hissəsində indiyədək 52 km boru qaynaqlanıb (08 Mart 2017 15:57)
TAP-ın Yunanıstan meneceri: “Boru kəmərinin tikintisi 2018-ci ilin sonunda tamamlanacaq” (06 Mart 2017 15:17)
"Aİ Azərbaycan qazının planlaşdırılan müddətdə Avropaya ixrac olunacağını gözləyir" (03 Mart 2017 14:32)

Tarix: 31 Oktyabr 2016 16:42

Türkmənistanın paytaxtı Aşqabadda Xəzər qazının Avropaya nəql olunmasına dair danışıqlar keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, görüşdə Türkmənistan, Azərbaycan, Qazaxıstan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri, o cümlədən Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç iştirak ediblər.

Sözügedən görüşdən öncə M. Şevçoviç Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə görüşüb. Görüşdən sonra vitse-prezident deyib: "Biz istəyirik ki, 2019-2020-ci illərdən etibarən Xəzər dənizində hasil olunan qaz Avropaya nəql olunsun. Biz Cənub Qaz Dəhlizinin vacibliyini və strateji əhəmiyyət daşıdığını bir daha qeyd etdik. Bu layihə bizə enerji marşrutlarımızı və mənbələrimizi diversifikasiya etməyə yardım edəcək".
 
Onun sözlərinə görə, görüşdə Xəzər dənizinin dibi ilə və İran üzərindən Avropaya qaz kəmərinin tikintisi müzakirə olunub.

Milli.Az


Teqlər:  Şevçoviç Xəzər qazının 2019-cu ildən Avropaya nəql olunmasını istəyirik



RƏYLƏR


Top xəbərlər