Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dünya çempionatında 4-cü İslam Həmrəyliyi Oyunları müzakirə edildi

Dünya çempionatında 4-cü İslam Həmrəyliyi Oyunları müzakirə edildi

20 min bilet satılıb (23 Mart 2017 16:37)
IV İslam Həmrəyliyi Oyunlarının biletləri artıq satışda (19 Mart 2017 16:57)
Bakı İslam Oyunlarının ilk biletləri prezident və xanımına verildi (18 Mart 2017 20:19)

Tarix: 31 Oktyabr 2016 17:08

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyasının (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov, federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, oyunların Təşkilat komitəsinin nümayəndələrindən Dmitri Çigenev və Vüsalə Vəliyeva, eləcə də WKF-in prezidenti Antonio Espinoz və bu təşkilatın rəsmilərindən Sara Espinoza fikir mübadiləsi aparıblar. Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına hazırlq işləri və turnirin formatı barədə müzakirələr gedib.

A.Espinoz Bakı 2015 1-ci Avropa Oyunlarında karate yarışlarının təşkilindən çox razı qaldığını bildirib və bu hadisənin dünya karatesində önəmli yer tutduğunu deyib. Y.Bəşirov bildirib ki, aparılan yüksək səviyyəli işlər sayəsində Bakı 2017 4-cü islam Həmrəyliyi oyunlarında da ölkəmizin qonaqları karate yarışlarından məmnun qalacaqlar.


Teqlər:  Dünya çempionatında 4-cü İslam Həmrəyliyi Oyunları müzakirə edildi



RƏYLƏR


Top xəbərlər