Kişilər və qadınla ən çox hansı yaşda boşanırlar? - Azərbaycanda

Kişilər və qadınla ən çox hansı yaşda boşanırlar? - Azərbaycanda
17:11 31 Oktyabr 2016
187 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ötən il 18 yaşında 1 kişi, həmin yaşda 36 qadın boşanıb.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən deyilib.

Məlumata görə, Azərbaycanda kişilər daha çox 30-34 (2366 nəfər), qadınlar isə 25-29 yaşlarında (2836 nəfər) boşanırlar. Kişilər və qadınlar arasında boşanmaların çoxu ailə həyatının ilk 5 ilində olub. Belə ki, 25-29 yaşında olan 1635 kişi evliliyini 5 il müddətində sonlandırıb. Qadınlar arasında isə daha çox 20-24 yaşlılar (1675 nəfər) ailə həyatının ilk beş ilində ayrılıb.

Ötən il 18 yaşadək 1 kişi, həmin yaşda 3 qadın, 19 yaşında 10 kişi, 140 qadın, 20-24 yaşda 587 kişi, 2037 qadın, 25-29 yaşda 2262 kişi, 30-34 yaşda 2159 qadın, 35-39 yaşda 1699 kişi, 1391 qadın, 40-44 yaşda 1103 kişi, 904 qadın, 45-49 yaşda 921 kişi, 743 qadın, 50-54 yaşda 689 kişi, 469 qadın, 55-59 yaşda 402 kişi, 283 qadın, 60 və daha yuxarı yaşlarda isə 327 kişi, 167 qadın boşanıb.

Ümumiyyətlə, ötən il ölkə üzrə 12764 boşanma qeydə alınıb. Onlardan 4911 nəfəri 5 ilə qədər, 3487 nəfəri 5-9 ildə, 2498 nəfəri 10-19 ilidə, 1868 insan isə 20 il və daha yuxarı vaxt ərzində boşanıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR