655 müəssisə rəhbərinə QADAĞA

655 müəssisə rəhbərinə QADAĞA
17:13 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, 31 oktyabr tarixinə vergi borcu olduğuna görə 655 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 9 nəfər xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/174199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR