Bakı-Sumqayıt avtobusunda bir il cibgirlik edən şəxs saxlanılıb

Bakı-Sumqayıt avtobusunda bir il cibgirlik edən şəxs saxlanılıb
17:17 31 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt marşut xətti üzrə hərəkət edən avtobuslarda cibgirliglə məşğul olan şəxs saxlanılıb.
"Report"un xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməliyyatçıları Xırdalan şəhərində üzərində 1 ədəd selofan torbada heroin gəzdirən Fərid Səfərovu tutublar.
Onun Abşeron RPİ-də istintaqa verdiyi ifadəsi zamanı bir ildir cibgirliklə məşğul olduğu üzə çıxıb. F.Səfərov əsasən Bakıdan Sumqayıt şəhərinə hərəkət edən avtobuslarda cibgirliklə məşğul olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bir-il-baki-sumqayit-avtobusunda-cibgirlik-eden-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR