Bakıda maskalı şəxslər evə basqın etdilər

Bakıda maskalı şəxslər evə basqın etdilər
17:22 31 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonunda maskalı şəxslər evə basqın ediblər.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Lökbatan qəsəbəsi ev 1 ünvanında baş verib. 

Belə ki, hasardan aşan 3 nəfər maskalı şəxs evə daxil olub. Onlar 1976-cı il təvəllüdlü Bəxtiyar Salmanovun, atası, 1947-ci il təvəllüdlü Həsənxan Salmanovun və anası Səməndəri Salmanovanın əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayıblar.

Naməlum şəxslər daha sonra onlara bıçaqla xəsarət yetirərək yataq otağından 2 min 400 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları və iki ədəd mobil telefonu götürərək hadisə yerindən qaçıblar. 

Basqına məruz qalan şəxslər xəstəxanaya yerləşdiriliblər. 

Hüquq-mühafizə orqanları faktla bağlı əməliyyat-axtarış işlərini davam etdirir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR