"Maşa və Ayı" Bakıda xoşbəxtlik sandığı tapdılar - FOTO

"Maşa və Ayı" Bakıda xoşbəxtlik sandığı tapdılar - FOTO
17:27 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

TRİDA Beynəlxalq Prodüser Mərkəzi hamının sevimli cizgi filmi "Maşa və Ayı"nın motivləri əsasında "Xoşbəxtlik sandığı" adlı yeni interaktiv tamaşasını Akademik Milli Dram Teatrı səhnəsində təqdim etdi.

Moskvanın ANİMAKKORD studiyasının Maşa, Ayı, Dovşan və digər sevimli qəhrəmanlarının olduğu musiqili və macəralı tamaşa çox maraqla izlənildi. "Xoşbəxtlik sandığı" böyük uğurla Avropanın bir sıra ölkələrində nümayış olunub. Tamaşalardan sonra uşaqlar baş qəhrəmanlar ilə pulsuz fotosessiya edə bildilər.

Tamaşanın süjeti: Gözəl yay günlərinin birində Maşa birdən qərara gəldi ki, bəxti gətirmir. Və o, xoşbətlik sandığı istəyinə düşdü. Bəs onu haradan götürmək olar? O, xoşbəxtlik axtarmaq üçün yola düşdü. Yol boyunca müxtəlif heyvanlara rast gəldi və onların hamısı da xoşbəxt olmaq istəyinə düşdü. Lakin hər birinin öz qayğıları və problemləri var idi. Maşa onlardan hər birinin ən böyük arzularına çatması üçün hamıya kömək edirdi və nəhayət o öz xoşbəxtliyini tapdı və evə qayıtdı.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/484968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR