Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şamaxıda həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Şamaxıda həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Deputatın qardaşı oğlu məhkəmə zalından azadlığa buraxıldı (17 Mart 2017 13:22)
Deputatın qardaşı oğlu məhkəmə zalından azadlığa buraxıldı (17 Mart 2017 13:08)
Azərbaycanlı basketbolçuya 9 İL HƏBS CƏZASI (15 Mart 2017 13:14)

Tarix: 31 Oktyabr 2016 17:42

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən Tərlan Tomarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
T.Tomarov özünü təqsirli saydığını deyib.
Prosesdə şahidlər ifadə verdikdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin olunub.
Qeyd edək ki, Şamaxı rayonunun Çuxuryurd kəndində rayon sakini T.Tomarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini, 1951-ci il təvəllüdlü Şövkət Seyfəddin qızı İbrahimovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Daha sonra T.Tomarov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Teqlər:  Şamaxıda həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb



RƏYLƏR


Top xəbərlər