Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəbdə məxməri inqilab - FOTOLAR

Dəbdə məxməri inqilab - FOTOLAR

Date: 31 October 2016 17:48

Alicənablıq, estetika və zinət sanki bu parçada toplanıb. Məxməri görən kimi ona toxunmaq və sığallamaq istəyirsən. Odur ki, özünüzü saxlamayın və bu payız hər hansı məxmər geyim əldə edin.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, sanki intibah dövrünün bir çox rəssamların tablolarında təsvir etdiyi məxmər və velür don geyinmiş xanımlar dizaynerlərin payız-qış kolleksiyalarında əks olunub. Əvvəllər bu materiallar əsasən yaşlı təbəqə üçün xarakterik hesab olunurdu. Lakin yeni mövsümdə məxmər materialı məlahətli səsli ilə yenidən qəlblərə qayıdıb.

Bu parça bədəni kök göstərmək kimi mənfi xüsusiyyətə malik olmasına baxmayaraq, indidən dünyanın məşhur modapərəstləri sayəsində trendə çevrilə bilib. Xüsusi ilə də zəngin çalarları üstünlük təşkil edir. Odur ki, ilin ən populyar trend namizədini diqqətdən kənar qoymaq olmaz. Məxmərin aktuallığını və dəb ekspertlərinin fikirlərini nəzərə alsaq, onlar hər bir qızın baza qarderobunda yer almalıdır. Bu, ayaqqabı, köynək, palto və ya ziyafət paltarı ola bilər. İstənilən hallarda onlar obrazın uğurlu alınmasına zəmanət verir.

Ötən əsrlərin dəb qayda-qanunlarına əsasən məxmər donları ancaq ziyafət gecələrində geyinmək olardı. İndi isə əksi məlum olub. Müasir modapərəstlər, işgüzar xanımlar bu məsələdə özünə heç bir məhdudiyyət qoymur və günün istənilən saatında məxmər don, pencək, çanta, hətta məxmər çəkmə və stilettoları geyinməyi özünə rəva bilir.

Bununla belə məxmərin axşam mərasimləri üçün uğurlu seçim olduğunu inkar etmək olmaz. Zinət əşyaları + məxmər paltar sizin gözəlliyinizi mükəmməl şəkildə vurğulayacaq. Döşəməyə qədər uzanan məxmər donlar sizə incəlik və şarm bəxş edəcək.

Image result for blake lively velur dress

Obrazı klassik yumşaq bleyzer hesabına dirçəldirik. Bu halda onu klassik cins və adi futbolka ilə birləşdiririk.

Xalat modelinin əvəzinə yumşaq, aşırmalı məxmər don görmək olar. Onda sizə həm rahat, həm isti olacaq, həm də simanızı nəzərəçarpacaq dərəcədə vurğulamaq imkanı əldə etmiş olacaqsınız. Uzun qolu klassik variantı seçin.

Məxmər paltar adi krosovkalarla da uyğun ola bilər. İdman şıqlığını axı hələ heç kim ləğv etməyib.

İşlədiyiniz şirkətdə çox sərt geyim qaydaları yoxdursa, kostyumu idman ayaqqabılarla sınaqdan keçirin. Yeri gəlmişkən, obrazı metal və məxmər elementlərlə tamamlamaq vacibdir. Bu, çanta sırğa və ya qolbaq ola bilər.

Ağıllı yanaşma və cəlbedici rəng seçimi: Bu dəstdə zəngin rəngli məxmər yubkanı enli boz sviter, qırmızı çanta və ağ kedlər tamamlayıb.

Pijama üslubu öz-özlüyündə xüsusi zərifliklə assosiasiya olunur. Məxmərin iştirakı ilə isə o, sənət əsərinə çevrilir.

Minimalistləri də düşünmüşük və istənilən dəstlə uyğunlaşan uğurlu variant seçmişik. Bu, klassik, adi qara bleyzerdir.

Məxməri jaketlər mini-yubkalarla çox gözəl uzlaşır, xüsusən belə uzunluq mövsümün əsas trendlərinə daxildir.

Aytən


































Tags:  Dəbdə məxməri inqilab FOTOLAR

RƏYLƏR


Top news