Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyindən bu dərmanla bağlı XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən bu dərmanla bağlı XƏBƏRDARLIQ

Date: 31 October 2016 17:48

Səhiyyə Nazirliyi “Aktilize” ticari adlı alteplaza tərkibli həlledici ilə bağlı xəbərdarlıq yayıb.

Analitik Ekspertiza Mərkəzindən Publika.az-a verilən məlumata görə, son aylar Boehringer İngelheim şirkətinə bəzi ölkələrdən Aktilize 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub. Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir. Bu flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır.

“Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb. Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələki, dəqiq səbəb müəyyən edilməyib.

Boehringer İngelheim şirkəti Aktilize preparatının istifadə təlimatına ciddi əməl olunmasının vacibliyini bildirir. Aktilize preparatının həyati vacibliyini nəzərə alaraq tibb müəssisələrində kifayət qədər preparatın ehtiyatının saxlanılması tövsiyyə olunur. Preparatın istifadəsi zamanı yaranan problemlərin şirkətə bildirilməsi xahiş olunur. Yaranmış situasiyanın aradan qaldırılması üçün şirkət bu sahədə bütün tədbirləri gücləndirilib”.

Məlumat üçün bildiririk ki, “Aktilize” ticari adlı alteplaza tərkibli həlledici (inyeksiya üçün su) ilə komplektdə venadaxili infuziya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz flakonda dərman vasitəsinin həll olmasında yaranan texniki şikayətlər bildirilib.

1. Ümumi məlumat:

Aktilize preparatı aşağıdakı hallarda trombolitik müalicə üçün göstərişdir:

- Kəskin miokard infarktı

- Qeyri-stabil hemodinamika ilə müşayiət olunan kəskin geniş ağciyər arteriyası emboliyası

- Kəskin işemik insult

Aktilize preparatı aşağıdakı dozalarda buraxılır:

Aktilize 10 mq:

1 flakon 10 mq alteplaza

1flakon 10 ml inyeksiya üçün su

Aktilize 20 mq:

1 flakon 20 mq alteplaza

1 flakon 20 ml inyeksiya üçün su

Aktilize 50 mq:

1 flakon 50 mq alteplaza

1 flakon 50 ml inyeksiya üçün su

1mq/ml konsetrasiyalı alteplaza məhlulu əldə etmək üçün :

10 mq Aktilize – 10 ml inyeksiya üçün suda həll olunur.

20 mq Aktilize – 20 ml inyeksiya üçün suda həll edilir.

50 mq Aktilize – 50 ml inyeksiya üçün suda həll olunur.


Tags:  Səhiyyə Nazirliyindən bu dərmanla bağlı XƏBƏRDARLIQ

RƏYLƏR


Top news