Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavin köməkçisini qəbul edib

Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavin köməkçisini qəbul edib
17:52 31 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri cənab Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin müavininin köməkçisi Maykl Karpenteri qəbul edib.

XİN-dən Milli.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın münaqişənin həllində irəliləyişə nail olmaq üçün destruktiv siyasət yürütdüyü və müxtəlif təxribatlara əl atdığını vurğuladı.

Səmimi şəraitdə keçən görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olundu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/484996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR