Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanın XİN başçısı Dağlıq Qarabağ münaqişəsini ABŞ rəsmisi ilə müzakirə edib

Azərbaycanın XİN başçısı Dağlıq Qarabağ münaqişəsini ABŞ rəsmisi ilə müzakirə edib

Latviya Prezidentindən Qarabağla bağlı AÇIQLAMA (17 Mart 2017 17:37)
Xələf Xələfov: "Dağlıq Qarabağ məsələsi AŞPA-nın komitə iclasında qaldırılacaq" (15 Mart 2017 09:38)
Putin və Sarkisyan bu gün Dağlıq Qarabağdan danışacaqlar (15 Mart 2017 08:13)

Tarix: 31 Oktyabr 2016 17:57

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə katibi müavininin köməkçisi Maykl Karpenteri qəbul edib
Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın münaqişənin həllində irəliləyişə nail olmaq üçün destruktiv siyasət yürütdüyü və müxtəlif təxribatlara əl atdığını vurğulayıb. 
Səmimi şəraitdə keçən görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olunub. 

Teqlər:  Azərbaycanın XİN başçısı Dağlıq Qarabağ münaqişəsini ABŞ rəsmisi müzakirə edib



RƏYLƏR


Top xəbərlər