Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov: "Azərbaycan suriyalı qaçqınlara yardım göstərməyə çalışır"

Elmar Məmmədyarov: "Azərbaycan suriyalı qaçqınlara yardım göstərməyə çalışır"

Date: 31 October 2016 18:08

Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycan Suriyadakı humanitar problemi anlayır və qaçqınların vəziyyətini yüngülləşdirmək üçün beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışır.

Publika.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA" informasiya agentliyinə müsahibəsində deyib.

Nazir dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Suriya probleminin həllində Azərbaycanın mövqeyinə gəldikdə isə E.Məmmədyarov bildirib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır. Bütün Suriya xalqının iradəsinə əsaslanan siyasi həllinin tapılması üçün hərtərəfli prosesin başlanılmasının vacibliyini önə çəkən nazir qeyd edib ki, Suriyanın ərazi bütövlüyü və siyasi birliyi təmin edilməli, qorunub saxlanılmalıdır.


Tags:  Elmar Məmmədyarov Azərbaycan suriyalı qaçqınlara yardım göstərməyə çalışır


RƏYLƏR


Top news