Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda universitetlərinin yeməkxanalarındakı qiymətlər... - FOTO

Bakıda universitetlərinin yeməkxanalarındakı qiymətlər... - FOTO

Date: 31 October 2016 18:12

Bəzən tələbələr haqqında müxtəlif fikirlər səsləndirilir. Bu fikirlər içərisində "tələbə zamanın tələbidir", "tələbə, ehtiyacı olan, tələb edəndir" və sairlərini qeyd etmək olar. Elə tələbə sözünün ərəbcədən hərfi mənası da "talib" - "ehtiyacı olan" deməkdir. 

Bununla yanaşı,  tələbələr həm də böyük qüvvə kimi xarakterizə olunurlar. Çünki onlar dövlətin, ölkənin gələcəyinin təminatçıları və ziyalı olmağa namizəddirlər. 

Bəllidir ki, Bakıda təkcə bakılılar deyil, bölgələrdən də gəlib, burada təhsil alan xeyli sayda tələbə var. Onların əksəriyyəti gündəlik yox, aylıq xərclərini təyin edib, buna uyğun olaraq həyatlarını qururlar. Bu baxımdan nəqliyyatın, yeməkxanada qidanın qiymətinin az da olsa bahalaşması, onların həyat planlarının "sütunu"nu tərpədir.  

Mövzumuzun əsas qayəsi Bakıda yerləşən universitetlərin tələbə yeməkxanalarındakı hazırkı qiymətlərdir. Ölkədə son zamanlar mağazalarda nəzərəçarpacaq dərəcədə qiymət artımlarının şahidi oluruq. Bəs bu hal universitetlərin yeməkxanalarında özünü büruzə verirmi?

Bakıda yerləşən əksər universitetlərin yeməkxanalarında isti və soyuq yeməklərə rast gəlinir. Söhbət etdiyimiz tələbələrin sözlərinə görə, ötən illərlə müqayisədə bu qidaların da qiymətində az da olsa, artım baş verib. 

Milli.Az musavat.com-a istinadən bəzi universitetlərin yeməkxanalarındakı qiymətləri təqdim edir:

Bakı Dövlət Universiteti: 1 stəkan çay - 10 qəpik, qəhvə - 40 qəpik, kapuçino- 50 qəpik, sendviç, pizza və kotletlə kartof - 1 manat, hamburger - 80 qəpik, dönər isə 1 manat 20 qəpiyə satılır. Ötən illərlə müqayisədə qiymətlərdə artım var. 

Azərbaycan Dillər Universiteti: Peraşki - 30 qəpik, bulkalar - 40 qəpik, dönər - 1 manat 40 qəpik, adi sular - 50 qəpik, qazlı sular isə 70 qəpikdir. Sendviç - 1 manat 20 qəpik, ayran - 40 qəpik. Bu universitetdə qiymətlər son zamanlar 10-20 qəpik arasında bahalaşıb.

Azərbaycan Dövlət Pedaqoji Universiteti: Dönər - 1 manat 20 qəpik, bulkalar - 50 qəpik, sular - 40-60 qəpik, çayın stəkanı - 20 qəpik, qəhvə - 30 qəpikdir. Bu universitetdə isə demək olar ki, qiymət artımı yoxdur.  

Azərbaycan Memarlıq və İnşaat Universiteti: 1 porsiya yemək - 2 manat 50 qəpik, ayran - 50 qəpik, şirələr - 70 qəpik, dönər - 1 manat 30 qəpik, şorbalar - 1 manat 40 qəpik, keks - 70 qəpik, salatlar - 1 manat, xaçapuri - 1 manat 20 qəpik, qoğal - 40 qəpik... Bu universitetdə də ötən illərlə müqayisədə 10-20 qəpik arasında qiymət artımı var. 
Milli Aviasiya Akademiyası: şorbalar - 70 qəpik, isti yeməklər - 2 manat... Sular isə mağaza qiymətləri ilə eynidir.

Milli.Az






Tags:  Bakıda universitetlərinin yeməkxanalarındakı qiymətlər FOTO

RƏYLƏR


Top news