Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi (24 Mart 2017 18:44)
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi (24 Mart 2017 18:28)
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib (24 Mart 2017 18:24)

Tarix: 31 Oktyabr 2016 18:12

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab prezident,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və rifah diləyirəm".

Milli.Az


Teqlər:  Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib



RƏYLƏR


Top xəbərlər