Aktyor Müşviq Şahverdiyevin aktrisa Zarina Qurbanova ilə toy fotoları yayılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, yumor ustası söz-söhbətə səbəb olan şəkillərin filmdən olduğunu deyib.
"Zarina yeni çəkdiyim "Gizlənpaç"da tərəf-müqabilimdir. Bəy-gəlin fotoları da film zamanı çəkilib", deyərək M.Şahverdiyev anlaşılmazlığa son qoyub.
Qeyd edək ki, "Gizlənpaç" filmi noyabrın 11-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.
Milli.Az