Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Rodriqo Mayanı təltif etdi

Prezident İlham Əliyev Rodriqo Mayanı təltif etdi

Date: 31 October 2016 18:17

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".

Milli.Az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


Tags:  Prezident İlham Əliyev Rodriqo Mayanı təltif etdi

RƏYLƏR


Top news