Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi ssenari müsabiqəsinin nəticələri açıqlanıb.
Qurumun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, İttifaqın elan etdiyi "Yeni nəfəs-2" ssenari müsabiqəsinin nəticələri açıqlanıb. Ötən həftə bununla bağlı Respublika Kinematoqrafçılar İttifaqının elan etdiyi "Yeni nəfəs-2" ssenari müsabiqəsinin münsiflər heyəti iclas keçirib və qalibləri müəyyənləşdirib. Müsabiqədə şəffaflığı qorumaq üçün yazılan ssenarilər kodlaşdırma vasitəsi ilə münsiflər heyətinə təqdim edilib.
Qaliblərin adları isə 5 noyabr saat 10:30-da Nizami Kino Mərkəzində ssenari müsabiqəsi ilə bağlı keçiriləcək təntənəli tədbirdə elan olunacaq.
Milli.Az