"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində qarşılaşacağı Yunanıstan PAOK-u ilə oyuna hazırlığı davam etdirir.
Fanat.Az xəbər verir ki, Ağdam klubunun son dövrlər zədəli olan aparıcı futbolçuları - ispan Miqel Madera (Miçel) və Reynaldo da artıq sıraya dönüb.
Onlar 2 gündür ki, komanda ilə birgə məşq edirlər. Böyük ehtimalla, hər iki futbolçu noyabrın 3-də Salonikidə keçiriləcək oyunda meydana çıxacaq.
Fanat.Az