Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

65 yaşlı qadını öldürən sürücünün məhkəməsi yekunlaşdı

65 yaşlı qadını öldürən sürücünün məhkəməsi yekunlaşdı

ŞOK: 2 yaşlı uşağı öldürən qadını yandırdılar FOTO (10 Fevral 2017 14:13)

Tarix: 31 Oktyabr 2016 18:27

Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən Tərlan Tomarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib və təqsirləndirilən şəxs özünü təqsirli bilib.

Prosesdə şahidlərin ifadəsindən sonra məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

İttihama görə, Şamaxı rayonunun Çuxuryurd kəndində rayon sakini T.Tomarov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini, 1951-ci il təvəllüdlü Şövkət Seyfəddin qızı İbrahimovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Daha sonra T.Tomarov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

Milli.Az


Teqlər:  yaşlı qadını öldürən sürücünün məhkəməsi yekunlaşdı



RƏYLƏR


Top xəbərlər