Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb

Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb

Date: 31 October 2016 18:52

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarında nasazlıq yaranıb. 
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib. Nəticədə qatar 10 dəqiqə yolda qalıb. İçəridə havasızlıq olduğundan ortayaşlı qadının halı pisləşib. Ona ilkin tibbi yardım göstərilib. 
Qatar isə 10-12 dəqiqəyədək çəkən nasazlığın aradan qaldırılmasından sonra yola düşüb


Tags:  Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb

RƏYLƏR


Top news