Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb, bir nəfərin halı pisləşib

Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb, bir nəfərin halı pisləşib
18:57 31 Oktyabr 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarında nasazlıq yaranıb. 
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib. Nəticədə qatar 10 dəqiqə yolda qalıb. İçəridə havasızlıq olduğundan ortayaşlı qadının halı pisləşib. Ona ilkin tibbi yardım göstərilib. 
Qatar 10-12 dəqiqəyədək çəkən nasazlığın aradan qaldırılmasından sonra yola düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baki-sumqayit-qatarinda-nasazliq-yaranib-bir-neferin-hali-pislesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR