Rusiyanın Həvəskarlar liqasının Cənub zonasında maraqlı qol vurulub.
Publika.az xəbər verir ki, “Çayka” ilə oyunun 78-ci dəqiqəsində topu oyuna daxil edən SKA-nın qapıçısı Rostislav Soldatenko birbaşa rəqib qapısını nişan alıb - 1:0. Nəticədə oyun elə bu hesabla da başa çatıb. Düzdür, oyundan sonra Soldatenko qolun təsadüfi olduğunu etiraf edib.
Pərviz Hikmət