Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağsu sakini bıçaqlandı

Ağsu sakini bıçaqlandı

Date: 31 October 2016 19:05

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləngəbiz kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Novruzov İntiqam Şiraz oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 2000-ci il təvəllüdlü Muradov Süleyman Əvəz oğlunu bıçaqlayıb. Bədənin iki yerindən bıçaq xəsarəti alan Süleyman Muradov Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Tags:  Ağsu sakini bıçaqlandı

RƏYLƏR


Top news