Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ürəkbulanmanın, qəbizliyin qarşısını alan meyvə: Hər gün yeyin

Ürəkbulanmanın, qəbizliyin qarşısını alan meyvə: Hər gün yeyin

Date: 31 October 2016 19:05

Banan yalnız formada qalmaq, enerji vermək üçün faydalı deyil, bir çox xəstəliyin də qarşısını alır. Aile.lent.az bananın faydalarını sadalayır.

Depressiya: Depressiya keçirənlər arasında aparılan araşdırmalardan birində həmin insanların çoxunun banan yedikdən sonra özünü daha yaxşı hiss etməyə başladığı müəyyənləşib. Bunun səbəbi isə bananın bədəndə serotonini (insanı rahatlaşdıran və xoşbəxt hiss etdirən hormon) çevrilən zülal olan triptofan ehtiva etməsidir.

PMS (Menstruasiya əvvəli sindrom): Həbləri unudun, banan yeyin. Ehtiva etdiyi B6 vitamini qan şəkəri səviyyəsini nizamlayır, bu da menstruasiya əvvəli sindrom dövründə qadının ruh halını dəyişdirmə gücünə malikdir.

Anemiya: Banan qandakı hemoqlobin istehsalını canlandırır və anemiya vəziyyətində kömək olur.

Təzyiq: Bu tropik meyvə təzyiqlə mübarizədə mükəmməl vasitədir. Yüksək kalium və aşağı duz ehtiva etməsi sayəsində təzyiqin öhdəsindən gəlir.

Beyin gücü: İngiltərədəki məktəblərdən birində aparılan araşdırmada 200 şagird imtahan günləri ərzində naharda, fasilədə və günorta yeməyində banan yeyiblər. Araşdırma kaliumla zəngin bu meyvənin şagirdləri daha gümrah saxlayaraq, öyrənmə qabiliyyətini dəstəklədiyini sübut edib.

Qəbizlik: Banan ehtiva edən pəhriz proqramında laksatifə (bağırsaqları fəaliyyətə gətirən dərmanlar) müraciət etmədən normal bağırsaq fəaliyyəti olur.

Xora: Banan yumşaq toxuması və hamarlığı sayəsində bağırsaq pozulmalarına qarşı pəhriz qidası kimi istifadə oluna bilər. Həddən artıq mədə qıcqırmasının qarşısını alır.

Axşamdan qalan bananı balla qarışdırın. Bu qarışım mədəni sakitləşdirir. Tükənən qan şəkəri səviyyəsini normaya salır.

Sərinlik hissi verir: Bir çox ölkənin mətbəx mədəniyyətdə sərinləşdirici meyvə kimi istifadə edilən banan hamilə qadınların fiziki və emosional istiliyini aşağı salma təsirinə malikdir.

Ürəkbulanması: Gün ərzində yemək paylar arasında yenilən banan qan şəkər səviyyəsini normada saxlayır və səhərlər ürək bulanmasının qarşısını alır.

Ağcaqanad dişləməsi: Həşərat dişləməsi hallarında krem tapmadıqda və ya əlinizin altında olmadıqda dişlənən bölgəni banan qabığının içiylə ovun. Bu üsul şişən və qıcıqlanan hissəni müalicə edir.

Sinirləri sakitləşdirir: Banan yüksək səviyyədə B vitamini ehtiva edir. Bu da sinirləri sakitləşdirməyə kömək edir.

Artıq çəki: Avstriyalı tədqiqatçılar araşdırmalarında insanlarda artıq çəkinin daha çox iş yerində yığıldığını müəyyən edib. Buna səbəbsə iş prosesində şokolad və çips kimi rahat qidalar yeməkdir. Bunun qarşısını almaq üçün qan şəkərinin nizamlanmasına nəzarət etmək lazımdır. Ona görə də hər 2 saatdan bir yüksək karbohidratlı qidalar atışdıraraq səviyyəni sabit saxlamaq vacibdir.

Bütün bu səbəblərə görə banan xəstəliklərə qarşı təbii bir dərmandır. 1 alma ilə müqayisədə banan 4 qat zülal, 2 qat karbohidrat, 5 qat A vitamini və dəmir, 3 qat fosfor və 2 qat daha çox digər vitamin və mineralları ehtiva edir.

Eyni zamanda, kalium baxımından da zəngin olan bu meyvə ən qiymətli qidalardan biridir.

Milli.Az


Tags:  Ürəkbulanmanın qəbizliyin qarşısını alan meyvə Hər gün yeyin

RƏYLƏR


Top news