Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakının təhlükəli zonaları AÇIQLANDI

Bakının təhlükəli zonaları AÇIQLANDI

Date: 31 October 2016 19:38

Bakı şəhəri və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində olan vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar müşahidə edilib, sürüşmə ərazisində ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsi su ilə tam doyaraq yamacboyu axıb.

O bildirib ki, Suraxanı rayonunda, Əhmədli-Günəşli arası sürüşmə sahəsinin kütləsi üzərində və istinad divarlarında olan çatların ölçülərində genişlənmə müşahidə edilib.

Ekspedisiya rəisinin sözlərinə görə, Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmənin dinamikasında nisbi aktivlik müşahidə olunub, torpaq və divarlarda çatların ölçüləri 1,2-2 sm genişlənib.

Ə.Qaralov qeyd edib ki, Masazırda sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 2 sm-ə qədər genişlənmələr müşahidə olunub: "Masazır qəsəbəsində, Mirzə İbrahimov küçəsi boyunca atmosfer yağıntılarının təsirindən 25-30 metr məsafədə uçqun baş verib. Hazırda prosesin dinamikasında aktivlik müşahidə olunur”.


Tags:  Bakının təhlükəli zonaları AÇIQLANDI

RƏYLƏR


Top news