Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanda iqtisadi artım tempi azalıb

Gürcüstanda iqtisadi artım tempi azalıb

Date: 31 October 2016 19:42

Bakı. 31 oktyabr. REPORT.AZ/ Gürcüstanda bu ilin sentyabr ayında iqtisadi artım ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çox olub. 
"Report" xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb. 
Xatırladaq ki, avqust ayında bu göstərici 2,9% olub. İlin əvvəlindən bəri, 9 ay ərzində isə Gürcüstanın ümumi daxili məhsulu (ÜDM) 2,6% artıb. Bu rəqəm ötən ilin eyni dövründə 2,7% təşkil edib. 
Gürcüstan hökuməti bu il iqtisadi artımın 3% təşkil edəcəyini proqnozlaşdırır. Bu, 2015-ci illə müqayisədə 2% bəndi çoxdur. 
Hazırda Gürcüstanda dolların məzənnəsi milli valyutaya nəzərən 2,41 təşkil edir. Halbuki iyun ayında GEL/USD məzənnəsi 2,10-a bərabər olub. Başq sözlə, son 4 ayda gürcü larisi təqribən 15% ucuzlaşıb.

Tags:  Gürcüstanda iqtisadi artım tempi azalıb

RƏYLƏR


Top news