15 günə 7 kilo arıqla - PƏHRİZ

15 günə 7 kilo arıqla - PƏHRİZ
19:47 31 Oktyabr 2016
439 Ölkə
Ölkə mətbuatı
A- A+

Çəkiniz çoxdursa, artıq kilolardan xilas olmaq istəyirsinizsə, bu pəhriz sizə kömək edəcək. Bu pəhrizdə karbohidratlar rasiondan tamamilə çıxarıldığından müxtəlif dəri xəstəliklərindən əziyyət çəkənlər, həzm problemləri olan insanlar üçün də mükəmməldir. Aile.lent.az 15 gündə 7 kilo arıqladan pəhrizlə sizi də tanış edir.

Bazar ertəsi

Səhər yeməyi: 1 portağal (qreypfrut, şaftalı, ananas və ya banan xaric digər meyvələr ola bilər), 2 kraker (kəpəkli və ya taxıl), şəkərsiz qəhvə və ya çay.

Nahar yeməyi: 1 portağal, 1 qaynadılmış yumurta, qatıq.

Axşam yeməyi: 2 qaynadılmış yumurta, 2 pomidor, 500 qram tərəvəz salatı, 2 peçenye.

Çərşənbə axşamı

Səhər yeməyi: Bazar ertəsi gününün səhər yeməyi təkrarlanır

Nahar yeməyi: 1 portağal, 1 qaynadılmış yumurta, qatıq, 2 kraker.

Axşam yeməyi: 120 qram ət (mal ətinə üstünlük verin), 1 pomidor, 1 peçenye.

Çərşənbə

Səhər yeməyi: Bazar ertəsi ilə eyni

Nahar yeməyi: 1 portağal, 1 qaynadılmış yumurta, qatıq və tərəvəz salatı.

Axşam: 120 qr mal əti, 1 portağal, 1 biskvit, qəhvə ya da çay

Cümə axşamı

Səhər yeməyi: Bazar ertəsi menyusu təkrarlanır

Nahar yeməyi: 120 qram az yağlı pendir və ya kəsmik, 1 pomidor, 1 peçenye.

Axşam yeməyi: 120 qram ət, 2 pomidor, 1 alma, 1 peçenye

Cümə

Səhər yeməyi: Bazar ertəsi menyusu təkrarlanır

Nahar yeməyi: 200 qram buğlama balıq, 1 pomidor, 1 peçenye.

Axşam yeməyi: 500 qram qaynadılmış və ya buxarda bişmiş tərəvəz (kök, soğan, kələm, kartof, lobya), 1 qaynadılmış yumurta, 1 pomidor.

Həftə sonlarında spirt və işlənmiş qidalardan uzaq durmaqla və duz qəbulunu azaltmaqla hər zamankı kimi normal yeyə bilərsiniz.

3-cü  həftənin sonunda inanılmaz nəticələri görəcəksiniz. Əgər bir az da arıqlamağa ehtiyacı varsa, qısa aradan sonra pəhrizi təkrar edə bilərsiniz. Nəticələrdən məmnun qaldığınız halda normal yemək nizamına qayıda bilərsiniz. Əgər sağlam olmaq istəyirsinizsə, həyat tərziniz də sağlam olmalıdır. Pəhriz bitdikdən sonra ideal çəkinizi qorumaq istəyirsinizsə, həftədə bir dəfə, çalışın bazar ertəsi günü belə qidalanın:

Səhər yeməyi: 2 stəkan limonlu su.

Nahar: 1 qaynadılmış yumurta, 1 peçenye, 1 pomidor, 1 blok (məs: 30 q toyuq, 115 q qaynadılmış göy noxud, 2/3 çay qaşığı zeytun yağı)

Axşam yeməyi: 1 qaynadılmış yumurta, 1 peçenye, 1 pomidor.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/485023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR