Mövzu: Şəhriyar - 110

Mövzu: Şəhriyar - 110
19:54 31 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

"Şəhriyar" ədəbi-mədəni cəmiyyətinin sədri - Vasif Məmmədov

 

Bügünkü “Manşet”də Moskvada fəaliyyət göstərən "Şəhriyar" ədəbi-mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov Məhəmmdəhüseyn Şəhriyarın yaradıcılığı və cəmiyyətin fəaliyyəti ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.

 

- Bu gün Rusiyada, o cümlədən onun paytaxtı Moskva şəhərində minlərlə azərbaycanlı soydaşlarımız yaşayır və çalışırlar. Təbii ki, burada yaşayan və müxtəlif sahələrdə çalışan qardaş və bacılarımız Rusiya dövlətinin ictimai-siyasi həyatından kənarda qalmırlar. Əksinə, millətimizin ziyalı zümrələri, həmçinin yaradıcılıqla məşğul olan adamlar Rusiyanın ədəbi mühitində yaxından iştirak etməklə böyük ədəbi inteqrasiyaya nail olurlar. Bu halda onların bir cəmiyyətdə birləşərək fəaliyyətlərini sistemli və davamlı şəkildə qurması ürəkaçandır.

 

- Şəhriyar elinə, оbasına, xalqına möhkəm tellərlə bağlı оlan, bu səbəbdən də sənətində qeyrətli vətəndaş mövqeyini daim nümayiş etdirən sənətkar оlub. Vahid vətən prоblemi оnun pоeziyasında daha böyük mə’na və ideya kəsb edib. Çünki parçalanmış Azərbaycan dərdi Şəhriyar yaradıcılığında aparıcı və ardıcıl səciyyə daşıyır. Və ən maraqlı hal оdur ki, ustad sənətkar bu məsələni faktik vəziyyət, tarixi reallıq səviyyəsindən təsvir edərək, kəskin e’tiraz və barışmazlıq inkişaf xəttində davam etdirir.

 

- Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qоvuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sоnra qələmə alınıb.

 

- Heydərbabaya salam poeması Şəhriyara dünya şöhrəti qazandırdı, Azərbaycan poeziyasını yüksəklərə qaldırdı. Şəhriyar bu poemada bütün milli mənəvi dəyərlərimizi, tariximizi, musiqimizi, bayramlarımızı poetik şəkildə, sadə formada dilə gətirib. 

 

- Şəhriyarın araşdırmaçıları illərlə araşdırmalar aparsalar da, bəs etməz. Çünki Şəhriyar böyük simadır, Azərbaycan xalqının nadir yetirmələrindən biridir.

 

- O, sözün zirvəsində gəzən bir şairdir. Onun əsərlərində farsların da, azərbaycanlıların da cəmiyyətdə doğan ağrıları əks olunub. O, fars dilinə də gözəl töhfələr bəxş edib.

 

- Seyid Məhəmmədhüseyn Şəhriyar Allaha bağlı olan adamdır və seyiddir. Onun poeziyası birbaşa ərşi-əla ilə bağlıdır.

 

- Şəhriyar ədəbi-mədəni cəmiyyəti əsasən ziyalılardan ibarətdir, cəmiyyətin yaranmasının əsas səbəbi, dilimizi, tariximizi, musiqimizi, poeziyamızı Rusiya cəmiyyətinə çatdırmaqdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR