Azərbaycanlılar Argentinada bayram elədilər - FOTO

Azərbaycanlılar Argentinada bayram elədilər - FOTO
20:17 31 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Argentinadakı səfirliyində ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Argentina Milli Konqresinin üzvləri və digər vəzifəli şəxslər, Xarici İşlər və Etiqad Nazirliyinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, həmçinin elmi-akademik və işgüzar dairələrin, müxtəlif mətbu orqanların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov 1991-ci il oktyabrın 18-də ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi, həmin vaxtlarda Azərbaycanın keçdiyi dərin siyasi, iqtisadi və sosial böhran, həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzü barədə ətraflı danışıb. O, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunması, prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, ölkəmizin iştirak etdiyi beynəlxalq əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri, Azərbaycanda multikulturalizm ənənələri, habelə Argentina-Azərbaycan münasibətləri barədə qonaqlara məlumat verib.

Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxi nümunələri təqdim olunub, ölkəmizlə bağlı videoçarxlar göstərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR