Gəncədə fərdi yaşayış evində yanğın baş verib

Gəncədə fərdi yaşayış evində yanğın baş verib
20:37 31 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 31 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində fərdi yaşayış evində yanğın baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə saat 20:15 radələrində şəhərin Nəsirəddin Tusi küçəsində, "Yağ-piy kombinatı"nın yaxınlığındakı evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının qarşısının alınması üçün işlər aparılır. 
Yanğının hansı səbəbdən baş verdiyi və xəsarət alan olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-ferdi-yasayis-evinde-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR