Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Necati Şaşmazı saraya çağırmadılar - FOTO

Necati Şaşmazı saraya çağırmadılar - FOTO

Date: 31 October 2016 20:42

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın iqamətgahında Cümhuriyyət günü qeyd olunub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecədə sənətçilər və siyasət adamları iştirak edib. Lakin bu il aktyor Necati Şaşmaz tədbirə dəvət almayıb.

Buna səbəb kimi, "Pana Film"in istehsalı olan "Kurtlar Vadisi Pusu"da qəbristanlıq səhnəsində "Ərdoğan" məzarının görüntülənməsi göstərilir. Serialın baş rol qəhrəmanı Necati Şaşmaz da buna görə hər ilkindən fərqli olaraq Ərdoğan və xanımının ziyafətinə qatıla bilməyib.

Gecədə "Kurtlar Vadisi Pusu"da bu və digər gizli detalların olduğunu iddia edən proqramın aparıcılarından olan müğənni Nihat Doğan da yer alıb. Məhz o, canlı efirdən N.Şaşmaza səslənərək bəzi səhnələr haqqında açıqlama tələb etmiş və onu prezidentə qarşı təxribatda günahlandırmışdı.

Milli.Az








Tags:  Necati Şaşmazı saraya çağırmadılar FOTO

RƏYLƏR


Top news