Səfir: "Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu"

Səfir: "Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu"
20:47 31 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu.

Trend-in məlumatına görə bunu "15 iyul - Xalqın səsi, ədalətin zəfəri: Azərbaycan-Türkiyə" adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O qeyd edib ki, Azərbaycan xalqı çevriliş günü türk xalqı ilə eyni hissləri paylaşıb.

Səfirin sözlərinə görə, 15 iyul hadisələrindən Türkiyə ilə yanaşı digər ölkələr də dərs götürməlidir.

Diplomat qeyd edib ki, çevriliş cəhdlərinin təkrarlanmaması üçün birlik və bərabərlik vacib amildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR