Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ağsu sakini həmkəndlisini bıçaqlayıb

Ağsu sakini həmkəndlisini bıçaqlayıb

Date: 31 October 2016 20:48

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləngəbiz kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Novruzov İntiqam Şiraz oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 2000-ci il təvəllüdlü Muradov Süleyman Əvəz oğlunu bıçaqlayıb. Bədənin iki yerindən bıçaq xəsarəti alan Süleyman Muradov Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Tags:  Ağsu sakini həmkəndlisini bıçaqlayıb

RƏYLƏR


Top news