Səfir: "Uca türk milləti demokratiyaya qarşı çıxan xainlərə gücünü və birliyini göstərdi"

Səfir: "Uca türk milləti demokratiyaya qarşı çıxan xainlərə gücünü və birliyini göstərdi"
20:52 31 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakıda Yunus Emre İnstitutunun və TÜRKPA-nın birgə təşkilatçılığı ilə "15 İyul Xalqın Səsi, Ədalətin Zəfəri! Azərbaycan-Türkiyə" adlı tədbir keçirilib.
"Report"un məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan tədbirdə iyulun 15-də Türkiyədə baş verən hadisələrə həsr olunub.
Tədbirin əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın mitinqlərin birində Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadənin şerini oxuduğu anı əks etdirən və həmçinin ulu öndər Heydər Əliyevin arxiv videolardan hazırlanan videoçarx göstərilib.
TÜRKPA-nın baş katibi Jandos Asanov çıxışında bildirib ki, bu il türk dünyası üçün xüsusi ildir. Çünki 2016-cı ildə Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın və Qırğızıstanın müstəqilliyinin 25-ci ildönümü qeyd olunur: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, 25 il ərzində ciddi inkişafa nail olub. Ölkədə yoxsulluq səviyyəsi 5%-ə qədər enib, maaşlar və pensiyalar artırılıb. Bu gün isə ölkə post-neft dövrünə qədəm qoyur".
J.Asanov həmçinin söyləyib ki, TÜRKPA Türkiyədə baş verən dövlət çevrilişinin cəhdini ciddi sürətdə pisləyib, dövlət başçıları bununla bağlı bəyanatlar yayıblar.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, iyulun 15-də baş verən hadisələr dünyaya uca türk millətinin demokratiyaya qarşı çıxan xainlərə öz gücünü, birliyini göstərdi: "Bizim gücümüzü daxildə olan xainlər zəiflətmək istədi, amma türk xalqı buna heç vaxt izin verməyəcək. Türkiyə prezidentinin çağırışı ilə xalq meydanlara axışdı".
Səfir onu da bildirib ki, Azərbaycan iyulun 15-dəki hadisələrdən sonra Türkiyəyə yardım əlini uzadan ilk dövlətlərdın biri oldu: "Bizə bu dəstək verdiyinizə, Türkiyədə hadisələri yaxından izlədiyinizə görə Azərbaycan xalqına və hökumətinə təşəkkürümü bildirirəm".
Azərbaycan Milli Məclisinin üzvləri, eləcə də Bakı Yunus Emre İnstitutun müdiri İbrahim Yıldız çıxış etdilər.
Tədbirdə Azərbaycan və Türk dillərində şerlər oxunub, konsert proqramı təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/sefir-uca-turk-milleti-demokratiyaya-qarsi-cixan-xainlere-gucunu-ve-birliyini-gosterdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR