Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin qalibi olublar

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin qalibi olublar

Date: 31 October 2016 21:32

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" beynəlxalq yarışında çıxışlarını uğurla başa vurublar.
"Report" xəbər verir ki, milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.
Azərbaycan millisi bu nəticə ilə kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub. Aktivində 1 qızıl və 3 bürünc medal olan Rusiya yığması 2-ci yerdə qərarlaşıb. 1 qızıl və 1 bürünc medal qazanan Serbiya cüdoçuları 3-cü olublar.

Tags:  Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin qalibi olublar

RƏYLƏR


Top news