Azərbaycanda KİV-lərin sayı 5 mini ötüb

Azərbaycanda KİV-lərin sayı 5 mini ötüb
21:43 31 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 21 oktyabr 2016-cı il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılmasında, qrantların verilməsi prosedurunun asanlaşdırılmasında və bu sahədə şəffaflığın təmin olunmasında qeyd olunan Fərmanın müstəsna əhəmiyyəti vurğulanaraq bildirilib ki, gələn il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılacaq və bu prosedurda qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici qurum kimi müəyyən olunub.

Bununla əlaqədar ölkə Prezidentinin Fərmanının icrası, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı ayrılan maliyyə vəsaitlərinin qeydiyyatı işinin dəqiq və dürüst təşkili, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub.

Məlumat verilib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına daim xüsusi önəm verilir, bu məqsədlə nazirlik tərəfindən qeyri-hökumət təşkilatları üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılaraq aparılır və QHT-lər bu sistemdən səmərəli istifadə edirlər. Həmçinin, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.300-ü, KİV-lərin sayı isə 5.100-ü ötüb.

Kollegiyada həmçinin, ədliyyə orqanlarında kadr işinin, o cümlədən gənclər və könüllülər ilə fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, son 10 ildə 5.500-ə yaxın hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf mütəxəssis işə qəbul edilib. Bu zaman dövlət gənclər siyasətinə müstəsna yer verilib və bunun nəticəsidir ki, hazırda ədliyyə qurumlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir.

Həmçinin, könüllülər institutunun təşviqinə xüsusi önəm verilərək gənc könüllülərin ədliyyə orqanlarına cəlb olunduğu, bu zaman Azərbaycan brendi olan və 12 milyondan artıq insanın faydalandığı, o cümlədən əməliyyatların təxminən 40 faizinin aparılmasında payı olan ədliyyənin müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət"in təcrübəsindən yararlanıldığı diqqətə çatdırılıb, ötən dövr ərzində müvafiq vərdişlərə malik və könüllü kimi fəaliyyət göstərmiş 50-yə yaxın könüllünün işlə təmin edildiyi vurğulanıb.

Bildirilib ki, ölkəmizdə bu yeni institutun inkişafı üzrə məqsədyönlü addımlar atılır, dövlət başçısının təşəbbüsü ilə "Könüllü fəaliyyət haqqında" Qanunun, habelə könüllülərin həvəsləndirilməsi ilə bağlı mühüm qərarların qəbul olunması, ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında cənab Prezidentin şəxsən iştirakı bu sahəyə dövlət qayğısının bariz təzahürü olub.

Bununla əlaqədar iclasda könüllülərlə işin təşviqi üzrə əlavə tədbirlərin görülməsinin vacibliyi vurğulanaraq, onların ədliyyə fəaliyyətinin müxtəlif istiqamətlərinə daha geniş cəlb edilməsi, könüllülərin zəruri bilik və bacarıqlar əldə etmələri üçün Ədliyyə Akademiyasında təlimlərin təşkili və s. ilə bağlı tapşırıqlar verilib.

Kollegiyada bir çox qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

MTRŞ sədri: "Reytinq ölçən təşkilatlar qeyri-şəffafdır"

22 Avqust 2017 17:09

Bu da Aygünün yataqda görüntüləndiyi oğlan – FOTO

22 Avqust 2017 17:08

Məşhur braziliyalı futbolçu görün hansı kluba getdi

22 Avqust 2017 17:07

Flora Kərimova Metbuat.az-ın qonağıdır

22 Avqust 2017 17:03

FHN-dən Neftçilər prospektindəki yanğınla bağlı

22 Avqust 2017 16:59

İki ay əvvəl əkiz anası olan Beyons arıqlayıb belə oldu - FOTO

22 Avqust 2017 16:58

"Kopenhagen" klubu "Qarabağ"la oyundan əvvəl cəzalanıb

22 Avqust 2017 16:57

Lənkəranda bir qrup şəxs "Azərişıq" ASC-yə məxsus avtomobili yandırıb

22 Avqust 2017 16:57

Bu yoldan keçərkən DİQQƏTLİ OLUN!

22 Avqust 2017 16:55

Türkiyənin bələdiyyə üzvləri Tovuzda ön cəbhədə

22 Avqust 2017 16:54

Büst qoyduran deputat vəzifəsindən sui-istifadə edir? - Sosialist Əməyi Qəhrəmanının rəyi

22 Avqust 2017 16:53

Azərbaycanlı müğənnilər Tehranda konsert verəcək – VİDEO

22 Avqust 2017 16:48

Norveçin neft fondu ilk yarımillikdə rekord gəlir əldə edib

22 Avqust 2017 16:47

"Milan"dan 11-ci transfer

22 Avqust 2017 16:37

“WhatsApp” messencerində rəngli statuslar əlçatan olub

22 Avqust 2017 16:35

VİDEO: Ürəyi zəif olanlar əsla izləməsin... (18+)

22 Avqust 2017 16:28

37 yaşı tamam olan ulduzun UNUDULMAYAN ziyafət libasları - FOTO

22 Avqust 2017 16:23

Baloğlan Əşrəfov İrana gedir

22 Avqust 2017 16:19

Məktəb ləvazimatları bazarında vəziyyət necədir?

22 Avqust 2017 16:18

Qara cirə min dərdin dərmanıdır

22 Avqust 2017 16:13

Keçmiş MTN generalının məhkəməsində DTX əməkdaşı ifadə verib

22 Avqust 2017 16:12

Giorgi Kvirikaşvili: "Yanğınla mübarizədə Azərbaycandan çox vacib ilk yardım aldıq"

22 Avqust 2017 16:12

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb - VALİDEYNLƏR, DİQQƏT!

22 Avqust 2017 16:04

ABŞ-ın 1 universitet, 5 orta məktəbinin müəllimi: DÜNYANI HEYRAN QOYAN AZƏRBAYCANLI - FOTOLAR - VİDEO

22 Avqust 2017 16:03

Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

22 Avqust 2017 15:57

Azərbaycan: Sürücüsü krassvord yaza-yaza avtobus sürdü

22 Avqust 2017 15:52

Bələdiyyə sədri "zibilə düşdü": 3000 manat cərimə

22 Avqust 2017 15:49

Azərbaycanlı aktrisadan “18+” FOTOSESSİYA

22 Avqust 2017 15:48

Bakıda brend geyim mağazasında yanğın olub

22 Avqust 2017 15:47

“Abituriyent” jurnalının 10-cu nömrəsi nəşr edildi

22 Avqust 2017 15:44

Türkiyə prezidenti: “Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”

22 Avqust 2017 15:42

Bəyaz Öztürkün verilişi haqqında SON QƏRAR

22 Avqust 2017 15:38

Nəriman Abdullayev: "Azərbaycanın boks yığması yaxşı formadadır"

22 Avqust 2017 15:37

Runinin yeni komandası heç-heçə etdi

22 Avqust 2017 15:34

Qəbizliyin səbəbləri və ən uğurlu müalicəsi... - Həkim

22 Avqust 2017 15:28

Şaftalı kompotunun hazırlanması

22 Avqust 2017 15:28

Daşkəsəndə məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri 3 min manat cərimələnib

22 Avqust 2017 15:22

Bakı Baza Tibb Kolleci xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid bala malik olub

22 Avqust 2017 15:22

Bakıda “Qurban bazar” adlı xeyriyyə yarmarkası təşkil ediləcək

22 Avqust 2017 15:22

Metbuat.az-ın məşhur qonağı Eldəniz Məmmədov

22 Avqust 2017 15:21

Bu il 177 qanvermə aksiyası keçirilib

22 Avqust 2017 15:19

Mark Zukerberq ABŞ-ın yeni lideri ola bilər?

22 Avqust 2017 15:18

Bakıda evə basqın

22 Avqust 2017 15:18

Millinin sabiq qapıçısı FETÖ-cu çıxdı

22 Avqust 2017 15:17

Azərbaycanlı prodüser Nüşabə və Xatirəni lağa qoydu – FOTO

22 Avqust 2017 15:13

Ədliyyə naziri Zaqatalada vətəndaşları qəbul edəcək

22 Avqust 2017 15:12

Azərbaycanlı tanınmış rəqqasə burnunu 2-ci dəfə əməliyyat etdirir - VİDEO

22 Avqust 2017 15:09

Qısamüddətli notlar dövlət qeydiyyatına alındı

22 Avqust 2017 15:06

Ərdoğan: “Onlara hər yeri məzar edəcəyik”

22 Avqust 2017 15:03

Ərdoğanın Bakı səfəri Azərbaycana nə vəd edir?

22 Avqust 2017 14:59