Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncədə ev yanıb

Gəncədə ev yanıb

Date: 31 October 2016 23:28

Gəncədə yaşayış evində yanğın olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Tusi küçəsində qeydə alınıb.

Ümumi sahəsi 140 kvadratmetr olan evin 4 kvadratmetr tavan hissəsi yanıb. Əraziyə FHN-in Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.


Tags:  Gəncədə ev yanıb

RƏYLƏR


Top news