Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Yaprak dökümü"nün aktrisasına həbs cəzası

"Yaprak dökümü"nün aktrisasına həbs cəzası

Messini 21 aylıq həbs cəzası gözləyir (24 Mart 2017 20:53)
Partiya həmsədrinə 5 ay həbs cəzası verildi (21 Fevral 2017 19:38)
"Yaprak dökümü"ndən "Adı Efsane"yə - FOTO (15 Fevral 2017 12:32)

Tarix: 31 Oktyabr 2016 23:46

Türk aktrisa Başak Sayan itinə görə mübahisə etdiyi qadın tərəfindən məhkəməyə verilmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “təhqir” və “təhdid” maddələri ilə haqqında cinayət işi açılan aktrisanın məhkəməsi bu gün keçirilib.

İstanbul məhkəməsində baş tutan prosesə şikayətçi Nəsrin Acar Uubay və aktrisa qatılmayıb. Onları vəkilləri təmsil edib.

Hakim B.Sayana “Təhdid” maddəsinə görə 5 ay həbs cəzası, “Təhqir” maddəsinə görə isə 1740 lirə (təxminən 870 manat) pul cəzası təyin edib.

Lakin, aktrisanın daha öncə cinayət işləmədiyi və şikayətçinin zərərini qarşılaması diqqətə alınıb və hökmün icrası təxirə salınıb. Bunun əvəzində isə 5 il müddətində nəzarətdə saxlanılacaq, heç bir cinayət törədməzsə cinayət işi bağlanacaq.

Qeyd edək ki, ata tərəfdən azərbaycanlı olan B.Sayan "Yaprak dökümü" serialında çəkilib.



Teqlər:  Yaprak dökümünün aktrisasına həbs cəzası



RƏYLƏR


Top xəbərlər