CNN-in əməkdaşı debat suallarını əvvəlcədən Klintona dediyinə görə işdən qovulub

CNN-in əməkdaşı debat suallarını əvvəlcədən Klintona dediyinə görə işdən qovulub
04:02 1 Noyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ CNN telekanalı yayda ABŞ-ın Demokratlar Partiyası Milli Komitəsinin müvəqqəti sədri vəzifəsinə təyin olunan sabiq əməkdaşı Donna Brazil ilə müqaviləyə xitam verib.
"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Donnanın işdən qovulmasına onun debatlar zamanı respublikaçı namizəd Donald Trampın verə biləcəyi sualları digər namizəd Hillari Klintona əvvəlcədən deməsi səbəb olub.
"Bizim üçün onun CNN-in əməkdaşı ikən Klintonla qarşılıqlı fəaliyyətdə olmasını öyrənmək çox üzücüdür", — deyə məlumatda bildirilir.
Telekanal əlavə edib ki, Brazilin hər hansı bir suala, hazırlıq materiallarına, iştirakçıların siyahısına və ya arayış məlumatları ilə tanış olmasına heç bir zaman şərait yaradılmayıb.
Onun demokratların seçkiqabağı qərargahı ilə əlaqəsinin olduğu "WikiLeaks"in yaydığı növbəti məxfi məlumatlardan sonra məlum olub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/cnn-in-emekdasi-debat-suallarini-evvelceden-klintona-dediyine-gore-isden-qovulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR