Bakıda sənədsiz tikililərin sökülməsinə başlanıldı (VİDEO)

Bakıda sənədsiz tikililərin sökülməsinə başlanıldı (VİDEO)
06:13 1 Noyabr 2016
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Badamdar qəsəbəsindəki 6 hektarlıq ərazidə çəkilən hasarlar, ekskavator vasitəsi ilə sökülür. Buna səbəb həmin ərazidə tikintinin qanunsuz formada aparılmasıdır.

Ərazidə çoxlu sayda yaşayış evləridə tikilib ki, onlarında bəzilərinin sahiblərinə sənədəlrinin saxta olduqu bildirilib. Sakinlərin sözlərinə görə isə, həmin ərazidə qeyri-qanuni tikintinin aparılması mümkün deyil. Çünki icra hakimiyyətinin əməkdaşları mütəmadi olaraq əraziyə nəzarət edir. Buradakı tikintilərin əksəriyyətidə bələdiyyə sənədi ilə aparılıb.

Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri Metin Hüseynov “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, belə qanunsuz tikintilər əvvəlki rəhbərliyin dövründə aparılıb və həmin ərazilərdə yoxlamanın aparılmasına yeni qərar verilib. Hazırda hasarlanmış ərazilər sökülsə də orada inşa edilmiş saxta sənədli evlərin sökülüb-sökülməyəcəyinə araşdırmalardan sonra qərar veriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR