Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nant qaletləri - FOTO

Nant qaletləri - FOTO

Date: 1 November 2016 07:05

Milli.Az Nant qaletlərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (20 ədəd): 

150 q un 

75 q şəkər tozu 

2 çimdik iri duz

50 q yumşaldılmış kərə yağı

1 yumurta

1 yumurtanın sarısı (üzərinə)

üyüdülmüş badam (zövqə görə)

Yumşaldılmış yağla duzu qarışdırın.  Şəkər tozu əlavə edib mikserlə eynicinsli kütlə alınanadək çalın. Yumurta qırıb bir də çalın. Un qatıb ələ yapışmayan xəmir alınanadək qarışdırın. Ola bilsin ki, göstəriləndən daha çox un gərək olsun (yumurtanın böyüklüyündən asılıdır). 

Masanın üzərinə bol un səpin. Xəmiri 3-5 mm qalınlıqda yayın. Stəkanla 5 sm diametrli dairələr kəsin. Perqament döşənmiş siniyə düzün. Üzərinə yumurta sarısı çəkib çəngəllə naxışlar salın. İstəsəniz, üzərinə üyüdülmüş badam səpə bilərsiniz. 

180 dərəcə qızdırılmış sobada 15-17 dəqiqə, qızılı rəng alanadək bişirin.

Soyuduqdan sonra süfrəyə verə bilərsiniz. 

Hermetik bağlanan qabda saxlayın.

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az




Tags:  Nant qaletləri FOTO

RƏYLƏR


Top news