Londonda Hellouini bayram edən şəxslərə hücum olub: 1 ölü, 2 yaralı

Londonda Hellouini bayram edən şəxslərə hücum olub: 1 ölü, 2 yaralı
07:12 1 Noyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Londonun cənubunda yerləşən Kroydon rayonunda naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində 1 nəfər blüb, 2 nəfər ağır yaralanıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Britaniyanın "The Guardian" qəzeti yazıb.
Hücum bazar ertəsi, London vaxtı ilə 20:00 radələrində Hellouinin bayram edilməsi zamanı insanların sıx olduğu küçələrdən birində qeydə alınıb.
Yaralıların təqribən 20 yaşında olduqları bildirilir. Onların səhhəti barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/londonda-hellouini-qeyde-eden-sexslere-hucum-olub-1-olu-2-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR