Dünya smartfon bazarı artıb

Dünya smartfon bazarı artıb
07:52 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin üçüncü rübündə dünya smartfon bazarı 1 faiz artıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu məlumatı İDC agentliyinin analitikləri aparılan tədqiqat zamanı əldə ediblər. 

Mütəxəssislər bildirir ki, iyul, avqust və sentyabr ayları ərzində smartfonların satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1 faiz artıb. Əvvəl olduğu kimi, "Samsung", "Apple", "Huawei", "Oppo" və "Vivo" kimi texnologiya nəhəngləri dünya bazarının liderləri olaraq qalır.
 
Ancaq son iki istehsalçıya xüsusi diqqət yetirmək lazımdır. Çünki bu ilin üçüncü rübündə onlar öz məhsullarının satışı səviyyəsini ciddi şəkildə artırıblar. 

Cənubi Koreyanın "Samsung" şirkəti "Galaxy Note 7" flaqman modelində kütləvi halda partlamalar baş verməsindən sonra nüfuzunun xeyli ziyan görməsinə baxmayaraq, liderliyini saxlaya bilib. Mütəxəssislər hələ də smartfonların partlamasının nədən baş verməsi ilə bağlı vahid fikrə gələ bilməyiblər.  

"Apple"in satışları bir il əvvəlkindən bir az azdır. Ancaq bununla belə, şirkət rəhbərliyi optimizmini itirmir və iddia edir ki, "iPhone 7 Plus" smartfonuna olduqca böyük tələbat mövcuddur. 

"Huawei" istehsalçısının satışları da üç ay ərzində 23 faiz artıb. Ancaq o, hələ də "Oppo" və "Vivo"ya çata bilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/484880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR