Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sükan arxasında “Pokemon Go” oynadı, iki qadını vurdu

Sükan arxasında “Pokemon Go” oynadı, iki qadını vurdu

Date: 1 November 2016 08:05

Yaponiyada sükan arxasında "Pokemon Go" oyunu oynayarkən iki qadını maşınla vuran sürücü həbs cəzası alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qeyd edilir ki, Tokusima şəhərinin dairə məhkəməsi onun barəsində 1 il 2 ay müddətinə həbs qərarı verib.  Beləliklə, bu, Yaponiyada "Pokemon Go" oyunu nəticəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilk həbs cəzası olub. 

Hadisə avqust ayında baş verib. Belə ki, 39 yaşlı mikroavtobus sürücüsü yolu keçən iki qadını vurub ki, onlardan biri sonradan vəfat edib. Bu, ölkədə dünyaca məşhur oyun sayəsində ölümlə nəticələnən ilk hadisə olub.

Milli.Az


Tags:  Sükan arxasında Pokemon Go oynadı iki qadını vurdu



RƏYLƏR


Top news