Tramp “Google”, “Twitter” və “Facebook”u Klintona işləməkdə suçladı

Tramp “Google”, “Twitter” və “Facebook”u Klintona işləməkdə suçladı
08:12 1 Noyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp "Facebook", "Twitter" və "Google" şirkətlərini ittiham edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, D. Tramp özünün "Twitter" səhifəsində bu şirkətləri Federal Təhqiqatlar Bürosunun (FBİ) demokrat namizəd Hillari Klinton barədə yeni təhqiqatını gizlətmək cəhdində günahlandırıb. "Vau, "Twitter", "Facebook" və "Google" FBİ-ın Klintonun işi üzrə təhqiqatını dəfn edir", - deyə o, yazıb. Namizəd adı çəkilən qurumları "çox natəmiz media" adlandırıb.
 
Qeyd edək ki, FBİ Hillari Klintonun dövlət katibi vəzifəsində çalışarkən şəxsi elektron poçtundan xidməti məqsədlə istifadə etməsi ilə bağlı iş üzrə yeni dəlillər aşkarlandığı üçün təhqiqata yenidən başladığını açıqlayıb. ABŞ Ədliyyə Nazirliyi bu təhqiqat üçün rəsmi icazə verib. Yeni dəlillər H. Klintonun köməkçisi Huma Abedinin həyat yoldaşı, sabiq konqresmen Entoni Vinerin şəxsi kompüterində aşkarlanıb. Söhbət yüz minlərlə məktubdan gedir. Təhqiqatın noyabrın 8-də keçiriləcək prezident seçkilərinə qədər yekunlaşıb-yekunlaşmayacağı bəlli deyil. H. Klinton bilavasitə seçki ərəfəsində bu hadisənin baş verməsindən şübhə duyduğunu söyləyərək FBİ direktorundan onun barəsində bütün informasiyaların dərhal açıqlanmasını tələb edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR