Quranın nəzərində ali əxlaq hansıdır?

Quranın nəzərində ali əxlaq hansıdır?
08:12 1 Noyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Əxlaq bəhsi Quranın mühüm bəhslərindən biridir. Məhz əxlaq, İlahi peyğəmbərlərin (ə) ən mühüm hədəfini təşkil edirdi. Çünki əxlaq olmadan nə dinin əhəmiyyəti olardı, nə də dünya onsuz sahmana düşərdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər bir insanda əxlaq olmazsa, vəhşi heyvandan fərqi olmaz. Hər bir nəfsani istəyinə çatmaq üçün vuruşar və mübarizə aparar, hər yeri atəşə vurar. Nifaqın toxumlarını səpər, günahsız insanların qanını tökər.
Ola bilsin ki, zahirdə dindar görünsün, lakin vəhşi heyvandan fərqi yoxdur. Nə halalı tanıyır, nə də haramı. Nə zülmü tanıyır, nə də ədaləti. Zalımla məzlumun arasında fərq qoymur.
"Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər". ("Cümə" 2).
"Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən, onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər". ("Ali-İmran" 164).
Bu 2 ayə ona işarə edir ki, İlahi peyğəmbələrin (ə) risalətinin əsl hədəfi insan tərbiyəsi və nəfsləri islah etmək, gözəl əxlaqı yaymaq olmuşdur. Hətta demək olar ki, İlahi ayələri oxumaq və Quranı təlim vermək - insan tərbiyəsinin müqəddiməsidir. Bu da əxlaq elminin əsl hədəfini təşkil edir.
Bəli, cəmiyyətin əxlaqlı olması - səma dinlərinin əsl hədəfi olmuşdur. Bu yolda bir çoxları əxlaqın ali dərəcəsinə çata bilmişdir, bəziləri isə gözəl əxlaq əldə etmək üçün səy edirlər.
Bəs ali əxlaq necə əxlaqdır?
Cərrah Mədaini nəql edir: "İmam Sadiq (ə) mənə buyurdu: "İstəyirsənmi sənə deyim, ali əxlaq nədir?". Dedim: "Bəli". Buyurdu: "Başqalarını əfv etmək, (mömin) qardaşına öz malından yardım etmək, Allahı çoxlu yada salmaq"".
Bəli, dinimiz ali əxlaqı 3 şeydə görür.
1. Başqalarını bağışlamaq. Həzrət Peyğəmbər (s) buyurur: "Dünya və axirətin ən yaxşı əxlaqını sizə xəbər verimmi? Sənə zülm edəni bağışlamaq, səninlə əlaqəsini kəsənə qovuşmaq, sənə pislik edənə yaxşılıq etmək, səni məhrum edənə bəxş etmək".
2. Mömin qardaşına yardım etmək. İmam Sadiq (ə) buyurur: "Elə bir mömin yoxdur ki, zülm görmüş möminə yardım etsin, məgər o halda ki, bu əməlin (savabı) bir ay Məscidul-haramda etikaf etmək və oruc tutmaqdan daha üstündür. Elə bir mömin yoxdur ki, mömin qardaşına yardım etmək qüdrətində olsun və ona yardım etsin, məgər o halda ki, Allah ona dünya və axirətdə yardım edər. Elə bir mömin yoxdur ki, mömin qardaşına yardım etmək qüdrətinə malik olsun, (amma) onu öz halına buraxsın, məgər o halda ki, Allah da onu dünya və axirətdə öz halına buraxar".
3. Allahı çoxlu yada salmaq. İmam Sadiq (ə) buyurur: "Allahın bəndəsinə vacib buyurduğu ən mühüm şey - Allahı yada salmaqdır. Agah olun, məqsədim "سبحان اللَّه و الحمد للَّه و لا اله الّا اللَّه و اللَّه اكبر" ("Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vəllahu əkbər") demək deyildir. Baxmayaraq ki, bu da Allahı yada salmaqdır. Lakin məqsədim Allahı halal və haramın yanında yada salmaqdır. Əgər itaət və bəndəlik olarsa, ona əməl etsin. Əgər günah olarsa, onu tərk etsin"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR