Uşaq sahibi olmamaq üçün gətirilən bəhanələr

Uşaq sahibi olmamaq üçün gətirilən bəhanələr
08:17 1 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşaq sahibi olmağa hər kəs bir baxışla nəzər salır. İslam dininin uşaq sahibi olmağa xüsusi nəzəri vardır. "Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır". ("İsra" 31).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quranda Zəkəriyyə peyğəmbərin (ə) duasını oxuyuruq ki, buyurur: "Dedi: Ey Rəbbim, həqiqətən (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam]. Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et. (Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et!". ("Məryəm" 4-6). Zəkəriyyə peyğəmbər (ə) demir ki, mənə bir qul ver, deyir ki, mənə bir vəli ver. Yəni, özü tövhid yolunu başladıb və indi nigarandır ki, bu yolun gələcəyi necə olacaqdır. Ona görə də istəyir ki, bir nəfər onun yolunu davam etdirə bilsin. Çünki o zaman Həzrət Musa (ə) dünyasını dəyişir, etdiyi bütün zəhmətlər bada gedir. Ona görə də Zəkəriyyə (ə) peyğəmbər elə bir oğul istəyir ki, vəli olsun və tövhid bayrağını ondan sonra dalğalandıra bilsin. Bəli, peyğəmbərlər (ə) övlad sahibi olmaq üçün məhz bunu arzu edərdilər - yollarının başçısız və rəhbərsiz qalmamasını. 
Peyğəmbərlərdən (ə) sonra əgər Məsumların (ə) həyatına nəzər salsaq görərik ki, onların da övlad arzusu məhz bu hədəfə görə olmuşdur.
İndi bir çoxlarının övlad sahibi olmamasındakı bəhanəsi ruzi azlığı deyildir, bəlkə övladlarını düzgün tərbiyə etməmək qorxusudur. Bu da şeytanın onların ürəyinə saldığı bir vəsvəsədir. Halbuki, Allah Quranda buyurur ki, əgər valideyn övladını Qurana nəzir edərsə, Allah onun tərbiyəsini öhdəsinə götürər. Necə ki, Məymənin (s.ə) tərbiyəsini öhdəsinə götürür. "(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: "Ey Rəbbim, mən Sənə nəzir etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman edirdi)". ("Ali-İmran" 35).
Əgər belə olarsa, insan övladının tərbiyəsinə görə qəm yeməz, çünki bilər ki, arxasında söykənə biləcəyi dayağı vardır və onu bu yolda tək qoymayacaqdır. Ruzi mövzusu da belədir.
Əgər Allaha etimad edə bilsək, həyatda zəlil olmarıq. Əllamə Təbatəbai buyurur: "İndi mövcud olan bəşər əvvəlki nəslin hasilidir. Gələcəkdə olan nəsil isə bugünkü nəslin hasilidir. Siz təsəvvür edin ki, əgər on nəsil əvvəl qərara alsaydılar ki, övlad dünyaya gətirməsinlər, o zaman bugünkü nəsil olmazdı. Yəni, mənin və sənin olmağın əvvəlki nəslin hasilidir ki, əvvəlcə baş vermişdir. Əgər bu mövzuya dostcasına nəzər salsaq, övlad dünyaya gətirmənin dəyərini başa düşərik".
Ona görə də dünyaya övlad gətirməkdən qorxan valideynlər gərək bu mövzuya diqqət etsinlər ki, gələcək nəslin var olması onlardan asılıdır. Əgər insan nəslinin kəsilməyini istəyirlərsə, bu, başqa məsələ. Lakin buna görə Allah dərgahında cavab verməli olacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR