Salavatın dünya və axirət savabları hansıdır?

Salavatın dünya və axirət savabları hansıdır?
08:22 1 Noyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Salavatın dünya savabları olduğu kimi, axirət savabları da boldur. Dünya savablarına şəfa tapmağı, ruzinin bol olmasını, unudulmuş şeylərin yadına düşməsini, məclis əhlinin paklanmasını misal göstərmək olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan başqa salavat nifaqı aradan aparar, hacətin yerinə yetməsinə səbəb olar və Allahı bəndədən razı salar, əməlləri pak edər. (İslami saytlara istinadən)

Salavatın axirət savabları:
1. Həzrət Peyğəmbərə (s) yaxın olmaq və şəfaətinə nail olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənə salavat göndərər, mənim şəfaətim ona çatar".
Rəsuli-Əkrəm (s) yenə buyurur: "Qiyamət günü mənə ən yaxın insanlar harada olursa-olsun o kəslərdir ki, dünyada olan zaman mənə çoxlu salavat göndərərlər".
2. Günahların kəffarəsi olar. Salavat insanı qəbir əzabından və atəşdən xilas edə bilər. İmam Rza (ə) buyurur: "Hər kim yaxşı işləri ilə günahlarını örtə bilmir, gərək Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çoxlu salavat göndərsin ki, salavat günahları məhv edər".
Həzrət (ə) yenə buyurur: "Mənə salavat göndərmək - Siratda nurdur, hər kim Siratda nur olar, cəhənnəm əhlindən olmaz".
İmam Rzadan (ə) nəql edirlər: "Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbirdə və behiştdə nurdur".
3. Əməl tərəzisində yaxşı əməllər ağır olar. Ənəs ibni Malik nəql edir: "Peyğəmbərin (s) xidmətinə daxil oldum və onu o gündən daha şad və sevincli görməmişdim. Səbəbini soruşdum, buyurdu: "Necə şad olmayım ki, Cəbrayil (ə) hal-hazırda mənim yanımdan çıxıb getdi və dedi ki, Allah buyurub: "Hər kim bir dəfə sənə salavat göndərər, ona on salavat göndərərəm. On (günahını) məhv edərəm və ona on həsənə yazaram"".
İmam Sadiq (ə) buyurur: "Qiyamət günü əməl tərəzisinə qoyulan ən ağır şey - Peyğəmbərə (s) və Əhli-beytinə (ə) göndərilən salavatdır".
Salavatdan aldığımız nəsihətlər:
- Salavat - Allah tərəfindən insana ən böyük hədiyyədir.
- Salavat - behişt hədiyyəsidir.
- Salavat - ruha cila verər.
- Salavat - ətirdir ki, insanın ağzını ətirli edər.
- Salavat - behiştdə olan nurdur.
- Salavat - Siratda olan nurdur.
- Salavat - insanın şəfaətçisidir.
- Salavat - İlahi zikrdir.
- Salavat - duanın kamala və yerinə yetməsinə səbəb olar.
- Salamat - namazın kamala çatmasına səbəb olar.
- Salavat - Həzrət Peyğəmbəri (s) yuxuda görmək rəmzidir.
- Salavat - cəhənnəm atəşi qarşısında qalxandır.
- Salavat - insanı hər üç aləmdə sığorta edər.
- Salavat - ən sevimli əməldir.
- Salavat - namazın zinətidir.
- Salavat cəhənnəm atəşini söndürər.
- Salavat günahları aradan aparar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR