"İnter" PSJ-nin futbolçusuna görə 65 milyon avro ödəməyə hazırdır

"İnter" PSJ-nin futbolçusuna görə 65 milyon avro ödəməyə hazırdır
08:32 1 Noyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" və "Milan" klublarının ardından "İnter" də PSJ-nin yarımmüdafiəçisi Marko Verratti ilə maraqlanmağa başlayıb. "Neradzurri" 23 yaşlı futbolçuya görə 65 milyon avro təklif etməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə "Gazzetta dello Sport"a istinadən "Football Italia" məlumat yayıb.
Mənbənin məlumatına görə, onun İtaliya klubuna keçidi artıq bu qış transfer pəncərəsində baş tuta bilər. Yaxın vaxtlarda tərəflər danışıqlara başlamalıdırlar. Sövdələşmənin bir hissəsi olaraq "İnter"in iki futbolçusu - Marselo Brozoviç və Joffrey Kondoqbia Paris klubuna keçə bilər.
Verratti cari mövsümdə Paris komandasının heyətində keçirdiyi 12 oyuna 1 qol vurub və 1 qol ötürməsi edib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/i-nter-psj-nin-futbolcusuna-gore-65-milyon-avro-odemeye-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR